Region
"Epşteyn işi" Türkiyəni də silkələdi - Araşdırma başladıldı
Ankara Baş Prokurorluğunda müxalifətçi millət vəkili Turhan Çömezin "türkiyəli yeniyetmə qızların maliyyəçi Ceffri Epşteynin adından ölkədən qaçırıldığı, adasına aparıldığı və təcavüzə məruz qaldığı" iddiaları ilə bağlı araşdırmaya başladılıb.
Publika.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məluçat yayıb.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Epşteyn işi üzrə sənədlər üzərində “şübhəliləri və onların cinayətlərini Türkiyə ilə əlaqələndirən sübutların aşkar edilməsi məqsədilə” aparılan iş hələ 23 dekabr 2025-ci ildə - Çömezin bəyanatının dərcindən bir gün sonra başlayıb.
Bu fonda sosial mediada "Türkiyədə hər il 10.000-dən çox, son səkkiz ildə isə təxminən 100.000 uşağın itkin düşdüyü" iddiaları ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə, "Xaricdə işgəncə verilən türk uşağı" adlı video geniş yayılıb.
Türkiyə Rabitə Nazirliyinin əks-dezinformasiya mərkəzi və Prezident Rabitə İdarəsi statistikanın və videonun saxta olduğunu bildirib: rəqəmlər Türkiyə Statistika İnstitutunun (TÜİK) itkin düşmüş uşaqların tapılması ilə bağlı hesabatından götürülüb və video 2021-ci ildə Braziliyada çəkilib.
Hüseyn İbadlı
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ





































