İdman
Vinisiusun sevgilisindən qeyri-adi - FOTOSESSİYA
“Real”ın və Braziliya millisinin hücumçusu Vinisiusun sevgilisi və məşhur model Virciniya Fonseka "Gshow" portalının karnaval fotosessiyasında iştirak edib.
Publika.az xəbər verir ki, Fonseka Braziliya karnavalının kult sayılan geyimlərini yenidən canlandırılıb. Virciniya 1998-ci ildə böyük rezonans doğurmuş, Luma de Oliveyranın təqdim etdiyi məşhur qara pantera kostyumunu təkrarlayıb.
Həmin vaxt Luma parad zamanı üzərində o dövrdəki həyat yoldaşı, oliqarx Eyke Batistanın adı yazılmış boyunluqla çıxış etmişdi. Vinisiusun sevgilisi də “Real”ın ulduz futbolçusunun adının yazıldığı boyunluq taxıb.
Virciniya bu barədə deyib: "Mən onu sevirəm və bunu tabeçilik kimi görmürəm. O, bunu görəndə deyəcək ki, mən dəliyəm. O, həmişə deyir: sən həyatımda tanıdığım ən dəli insansan".
Qeyd edək ki, Virciniyanın müğənni Ze Felipe ilə nikahdan üç övladı var. Cütlük ötən il boşanıb. Virciniya sosial şəbəkələrdə də kifayət qədər populyardır və hazırda onun "İnstaqram"da 54,4 milyon izləyicisi var.

.jpg)
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
































