Dünya
“Körpəmi 10 dəqiqə sonra əlimdən aldılar” - Epşteyn görün nə planlaşdırırmış
Amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı dərc olunmuş materiallarda daha bir iddia ortaya çıxıb.
Publika.az xəbər verir ki, zərərçəkmişlərdən biri olan Ceyn Dou təxəllüslü qadının ifadəsinə görə, Epşteynin fərqli xanımlardan gizli uşaqları dünyaya gəlib.
İddia olunur ki, Epşteyn övladları doğulduqdan dərhal sonra körpələri analarının əlindən alıb.
“Epşteyn mənimlə uşaq dünyaya gətirməklə üstün bir gen yaratmağı hədəfləyirdi. Ondan hamilə qaldım. 2002-ci ildə, 16 yaşımda, onun ortağı Ghislaine Maksuellin nəzarəti altında gözəl bir qız uşağı dünyaya gətirdim. Amma 10 dəqiqədən sonra körpəmi əlimdən aldılar", - o bildirib.
İddiaya görə, Epşteynin qızından əlavə, hazırda 14 yaşında olan bir oğlu da var. Sənədlərdə qeyd olunur ki, Britaniya vəliəhdi Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson 2011-ci ildə Epşteyni oğlu dünyaya gəlməsi münasibətilə təbrik edib.
Bununla yanaşı, Epşteyn öz DNT-sindən istifadə edərək üstün bir irq yaratmaq planını elm adamları ilə də bölüşüb. Ölümündən sonra başının və cinsiyyət orqanının dondurulmasını istəyən Epşteyn, klonlaşdırma kimi metodlar ilə körpələrin yaradılması ilə bağlı müvafiq tərəflərlə müzakirələr aparıb.
Roza
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var








.jpg)






















