Dünya
Vahid Ələkbərov xaricdəki biznesini satdı: Azərbaycandakı "Lukoyl" məntəqələrini bu şirkət aldı
Yanvarın 29-da Rusiyanın "Lukoyl" neft şirkəti Amerikanın "Carlyle" investisiya şirkəti ilə müqavilə imzaladığını elan edib.
Publika.az xəbər verir ki, investisiya şirkəti Avropada neft emalı zavodlarına, yanacaqdoldurma məntəqələri şəbəkəsinə və bir neçə neft yatağına sahib olan "Lukoyl International GmbH" şirkətinin xarici aktivlərini əldə edib.
Satışa ABŞ-ın sanksiyalarının qarşısının alınması səbəb olub
ABŞ Maliyyə Nazirliyi 23 oktyabr 2025-ci ildə “Lukoyl” da daxil olmaqla Rusiyanın iki böyük neft şirkətinə qarşı yeni məhdudiyyətlər tətbiq edib.
Sanksiyalar onların nəzarəti altında olan bütün qurumlara, eləcə də “Lukoyl” şirkətinə 50 faiz və ya daha çox birbaşa və ya dolayı yolla məxsus olan bütün şirkətlərə təsir göstərib. Sanksiyaların bloklanması “Lukoyl”ın bu şirkətlərin idarə olunmasında və onlarla hər hansı əməliyyatda iştirakını iflic edir.
Mövcud məlumata görə, sövdələşmə “Lukoyl”in bütün xarici aktivlər portfelini əhatə edə bilər. Şirkət Avropada neft emalı zavodlarına, Avropa, Asiya və Yaxın Şərqdə 2000 yanacaqdoldurma məntəqəsinə, eləcə də bir neçə neft yatağına sahibdir. Şirkət Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, Kamerun, Nigeriya, Qana, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və Konqo Respublikasındakı layihələrdə iştirak edir.
Müxtəlif hesablamalara görə, portfelin ümumi dəyəri 14 milyard dollardan 22 milyard dollara qədər dəyişə bilər.
1987-ci ildə Vaşinqtonda təsis edilən “Carlyle” şirkəti özəl kapital, real aktivlər və özəl kredit sahəsində ixtisaslaşıb. PEI 300 indeksinə görə, 2010-cu ildən 2015-ci ilə qədər cəlb edilmiş kapitala görə özəl kapital şirkətləri arasında birinci yerdə qərarlaşan dünyanın ən böyük investisiya firmalarından biridir.
Tural
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
