Dünya
Qar faciəsi: 1 nəfər öldü, 200 nəfər xəsarət aldı
Proqnozlara görə, şənbə günü Kanto regionunun dağlıq ərazilərində və paytaxt dairəsində qar örtüyünün hündürlüyü 70 santimetrə çata bilər
Bu gün səhər Yaponiyanın əksər hissəsində yağan güclü qar nəticəsində bir nəfər həlak olub, təqribən 200 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti NHK telekanalına istinadən xəbər verir.
Hönsü adasının Osaka prefekturasında nisbətən daha çox insan
xəsarət alıb. Burada 109 nəfər zədə alıb.
Son məlumatlara görə, qəzalı vəziyyətdə olan "Fukusima-1" AES-in
işində texniki nöqsanlar qeydə alınmayıb. Güclü qar ölkədə 180-ə
yaxın daxili reysin ləğvinə, sürət və şəhərətrafı qatarların
hərəkətində xeyli yubanmalara səbəb olub. Təbii fəlakət nəticəsində
Küsü adasında 9,7 min ev işıqsız qalıb.
Proqnozlara görə, şənbə günü Kanto regionunun dağlıq ərazilərində
və paytaxt dairəsində qar örtüyünün hündürlüyü 70 santimetrə çata
bilər. Meteoroloqlar bəzi rayonlarda qarın güclü küləklə müşahidə
olunacağını da istisna etmirlər.
Oxumağa davam et
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO