Avropa “Türk axını”na qarşı çıxdı
Bizi izləyin

Dünya

Avropa “Türk axını”na qarşı çıxdı

Rusiya qazının Türkiyə vasitəsilə ixracı etibarlı təchizatçı kimi “Qazprom”un imicinə zərbə vuracaq.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç bildirib.

“Cənab Aleksey Miller (“Qazprom” şirkətinin rəhbəri – Ö.D.) mənə təbii qazın Ukrayna marşrutu əvəzinə Türkiyə vasitəsilə Avropaya çatdırılması barədə məlumat verdi. Düzünü desək, bu təklif məni çox təəccübləndirdi”, - Şefçoviç qeyd edib.

Avropa Komissiyasının rəsmisi bu variantın işləməyəcəyini ehtimal edir. Bununla belə, o, bildirib ki, Avropa Birliyi 50-60 milyard kubmetr ötürücü qabiliyyəti olan yeni boru kəmərinin inşası barədə Rusiyanın təklifinə baxmağa hazırdır.

Xatırladaq ki, “Türk axını” layihəsi Rusiya prezident Vladimir Putinin dekabrın 1-də Türkiyəyə səfərində açıqlanıb. Moskva və Ankara Qara dənizin dibi ilə ildə 63 milyard kubmetr ötürücü qabiliyyəti olan qaz kəmərinin tikintisi barəsində razılaşıb. Bu gün isə Aleksey Milley “Türk axını”nı Ukrayna marşrutuna yeganə alternativ olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm