Dünya
"Epşteyn işi"ndə adı keçən 300-dən çox nüfuzlu şəxsin siyahısı dərc edildi
ABŞ-nin baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adı çəkilən 300-dən çox nüfuzlu şəxsin siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, "New York Post" qəzetinin məlumatına görə, siyahıda ABŞ-nin sabiq prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama, “Microsoft”un qurucusu Bill Geyts, həmçinin ABŞ-nin keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klintonun adları yer alır.
Bundan başqa, sənəddə Böyük Britaniya şahzadəsi Harri, kinorejissor Vudi Allen, ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris, iş adamı Mark Zukerberq, musiqiçi Bono, müğənni Beyons, aktyor Robert De Niro, Kim Kardaşyan və digər tanınmış şəxslərin də adları çəkilir.
Nəşr qeyd edir ki, bu sənədlərdə adın hallanması hər hansı qanunsuz fəaliyyəti nəzərdə tutmur və bəzi hallarda hətta Epşteynlə birbaşa əlaqənin mövcudluğu da demək deyil.
Qeyd edək ki, daha əvvəl Bill Klintonun mətbuat katibi Anxel Urenya Klintonlar ailəsinin Ceffri Epşteyn işi çərçivəsində Nümayəndələr Palatasının nəzarət komitəsinə ifadə verməyə razılıq verdiyini açıqlamışdı. (Teleqraf)
-
Dünya10:00İsrail və Yunanıstan təşvişdədir: “Çağrı bəy” bölgədə balansı dəyişir
-
Dünya09:42Trampın Netanyahuya verdiyi vəd üzə çıxdı: Əgər İranla razılıq əldə olunmasa...
-
Avropa08:15"Sevgililər tağı" qayası sevgililər günündə uçub - Foto
-
Nəqliyyat05:15Bakıda yaşayanlara bu günlə bağlı xəbərdarlıq
-
Qoroskop01:40Günün ulduz falı: Hissləriniz sizə doğru istiqaməti göstərəcək
-
Nida Təhlil 15 Fevral 23:15Emin Hüseynovun qadın paltarında qaçışını kimlər təşkil etmişdi? - Detallar
-
İdman15 Fevral 22:20Messinin sevgililər günündə Antonellaya nə hədiyyə etdiyi bəlli oldu
-
Magazin115 Fevral 20:56Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm - Nadir əsəbləşdi













.webp)

.jpg)





.jpg)




.jpg)




