Trampın Netanyahuya verdiyi vəd üzə çıxdı: Əgər İranla razılıq əldə olunmasa...
Bizi izləyin

Dünya

Trampın Netanyahuya verdiyi vəd üzə çıxdı: Əgər İranla razılıq əldə olunmasa...

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya, əgər İranla razılaşma əldə olunmazsa, İsrailin İrana hücumunu dəstəkləyəcəyini deyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Tramp ötən dekabr ayında Netanyahu ilə görüşündə İranla razılaşma əldə olunmadığı təqdirdə, İsrailin İranın ballistik raket proqramına hücumlarını dəstəkləyəcəyini bildirib.

Məlumata görə, ABŞ-ın İsrailə dəstəyi hava təchizatı və ya ərəb ölkələrindən onların hava məkanından istifadə etmək üçün icazə almaqdan ibarət ola bilər.

Qeyd edəkl ki, fevralın 6-da Omanda ABŞ və İran arasında keçirilən danışıqların birinci mərhələsindən sonra tərəflərin çərşənbə axşamı Cenevrə şəhərində ikinci mərhələ danışıqları üçün yenidən görüşməsi gözlənilir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm