MDB
Rusiya söz verdi: Həmin gün Ukraynaya heç bir zərbə endirməyəcəyik!
Əgər rəsmi Kiyev seçkilərin keçirilməsi qərarına gələrsə, Rusiya potensial səsvermə günü Ukrayna ərazisinə heç bir zərbə endirilməyəcəyinə zəmanət verməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a verdiyi müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, hazırda Ukraynada seçkilərin praktiki cəhətdən təşkili müzakirə mövzusu deyil.
Diplomat Rusiya prezidenti Vladimir Putinin bu mövzu ilə bağlı əvvəlki mövqeyinin qüvvədə qaldığını təsdiqləyib. Belə ki, Putin seçkilər keçiriləcəyi təqdirdə seçki günü Ukraynanın dərinliklərinə zərbələrin dayandırılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında yalnız iki aylıq atəşkəs əldə ediləcəyi halda ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib.
Tural
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
















.jpg)





















