Dünya
İsrail və Yunanıstan təşvişdədir: “Çağrı bəy” bölgədə balansı dəyişir
Türkiyə neft-qaz yataqlarının axtarışı məqsədilə Somali sahillərinə "Çağrı bəy" qazma gəmisini yerləşdirir. Beləliklə Türkiyənin Afrika Buynuzundakı enerji və hərbi mövcudluğu daha da genişləndirilir.
Publika.az "Milliyet"ə istinadla xəbər verir ki, Türkiyənin bu addımı İsrail və Yunanıstan mətbuatında geniş işıqlandırılıb.
İsrailin "Hayom" qəzeti xəbəri "Türkiyə Somalidəki mövcudluğunu gücləndirir" başlığı ilə elan edib. Məqalədə Ankaranın son həftələrdə ölkədəki hərbi mövcudluğunu tanklar və qırıcı təyyarələrlə gücləndirdiyi bildirilib. Həmçinin gəminin Cəbəllütariq boğazı və Ümid burnu marşrutu ilə təxminən 45 gün ərzində Somali sahillərinə çatacağı və Türkiyə donanmasının elementləri tərəfindən müşayiət ediləcəyi vurğulanıb.
Məqalədə Türkiyə və Somalinin 2024-cü ildə enerji sektorunda üç ayrı dəniz ərazisində kəşfiyyat hüquqlarını əhatə edən əməkdaşlıq müqavilələri imzaladığı xatırladılıb.

Yunanıstanın "Insider" saytı enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın bu addımı Türkiyənin neft və təbii qaz kəşfiyyatı fəaliyyətində "tarixi an" adlandırdığını yazıb. "Ertnews" isə gəminin adının Səlcuq türklərinin lideri Sultan Alparslanın atası Çağrı bəyə aid olduğuna diqqət çəkib.
Qeyd edək ki, "Çağrı bəy" 12 min metrə qədər qazma qabiliyyətinə malik 7-ci nəsil dərin dəniz qazma gəmisidir. Yüksək texnologiyalı avadanlıqları ilə ultra dərin dəniz əməliyyatları üçün nəzərdə tutulmuş gəmi, Türkiyəni dünyanın 4-cü ən böyük dərin dəniz qazma donanmasına malik ölkələri sırasına daxil edib. Gəminin Somali sahillərində yeni karbohidrogen kəşfiyyat fəaliyyətlərində istifadəyə verilməsi planlaşdırılır.
Roza
-
Dünya11:33Bircə nəfər şiə oldu, o da yapon deyildi: İranın "şiə Yaponiya" layihəsi necə iflas olub?
-
Kriminal11:20ABŞ-da daha bir ukraynalı qadın öldürüldü: Sevgilisi ilə birgə - FOTO
-
Magazin110:24Anasının verdiyi böyrək fəaliyyətini itirib - Vüsaləyə 2-ci dəfə böyrəyini kim verib?
-
Dünya10:00İsrail və Yunanıstan təşvişdədir: “Çağrı bəy” bölgədə balansı dəyişir
-
Dünya09:42Trampın Netanyahuya verdiyi vəd üzə çıxdı: Əgər İranla razılıq əldə olunmasa...
-
Avropa08:15"Sevgililər tağı" qayası sevgililər günündə uçub - Foto
-
Nəqliyyat05:15Bakıda yaşayanlara bu günlə bağlı xəbərdarlıq
-
Qoroskop01:40Günün ulduz falı: Hissləriniz sizə doğru istiqaməti göstərəcək





















.jpg)






.jpg)




