Dünya
İranla bağlı bütün variantlar Trampın masasında: Tehran nə fikirləşir?
ABŞ-ın İrana qarşı potensial hərbi əməliyyatı ilə bağlı xəbərlərə Ağ Ev-dən cavab gəlib. Bildirilib ki, Amerika lideri bütün mümkün ssenariləri nəzərdən keçirir.
Publika.az xəbər verir ki, "Reuters" bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelliyə istinad edib.
"Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir", - deyə o bildirib.
Kelli əlavə edib ki, Tramp fərqli fikirləri nəzərə alır, lakin son qərarları ölkənin maraqlarına və milli təhlükəsizliyə əsaslanaraq verir.
Qeyd olunur ki, Pentaqon hücumun hazırlanması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
BBC isə bu məsələ ilə bağlı İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançinin fikirləni dərc edib. O bildirib ki, Vaşinqton sanksiyaların qaldırılmasını müzakirə etməyə razı olarsa, Tehran nüvə sazişi ilə bağlı ABŞ ilə güzəştə getməyə hazırdır.
"Əgər onlar sanksiyalar barədə danışmağa hazırdırlarsa, biz bu və proqramımızla bağlı digər məsələləri müzakirə etməyə hazırıq", - diplomat bildirib.
Təxt-Ravançi həmçinin qeyd edib ki, indi "top Amerikanın meydanındadır" və o, sövdələşmə istəyini sübut etməlidir.
Adəm
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi





























.jpg)

.jpg)