Dünya
Zelenskinin təhdidləri "boş otaqdakı gurultuya" bənzəyir - Ozan Ferhat
Ukrayna prezidenti Vladimir Zelenskinin Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən danışıqlar fonunda səsləndirdiyi təhdidlər "boş otaqda gurultulu, amma təsirsiz çıxışa" bənzəyir.
Publika.az xəbər verir ki, bunu türkiyəli tədqiqatçı Ozan Ferhat "RİA Novosti"yə deyib.
Onun sözlərinə görə, Zelenskinin hazırkı şəraitdə verdiyi bəyanatlar danışıqlarda mövqeyinin zəifləməsi və strateji uğurların olmaması fonunda sərtlik nümayiş etdirmək cəhdi kimi görünür.
Ekspert həmçinin qeyd edib ki, Moskva ilə Vaşinqton arasında təmasların aktivləşməsi ultimatumlu bəyanatlar üçün imkanları daraldır.
Analitik hesab edir ki, müharibənin nizamlanması üzrə danışıqların dinamikası daha balanslı və ölçülüb-biçilmiş diplomatik xətt tələb edir. Bu zaman kəskin açıqlamalar real imkanlarla dəstəklənməyən taktiki təzyiq elementi kimi qəbul oluna bilər.
Ozan Ferhat beynəlxalq praktikada bu cür bəyanatların tez-tez növbəti danışıqlar raundu ərəfəsində mövqeləri gücləndirmək və “stavkaları artırmaq” məqsədilə istifadə olunduğunu vurğulayıb.
Adəm
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi



































