Cənubi Qafqaz
İrəvan açıqladı: Azərbaycanlılar erməni hərbçilərlə... - Zəngəzur dəhlizindən necə keçəcəyik?
Ermənistan TRİPP marşutundan – Zəngəzur dəhlizindən keçidin necə təmin ediləcəyinin detallarını açıqlayıb.
Publika.az xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Hakobyan sərhəd-keçid məntəqələrini idarə etməyə imkan verən vahid elektron platforma hazırlandığını deyib.
Bildirib ki, bu platforma məlumatları birləşdirə, Ermənistan və digər ölkələrin məlumat bazalarına rahat inteqrasiyanı təmin edə bilər.
“Yük yoxlaması üçün elektron idarəetmə sistemindən istifadə olunacaq. Nəqliyyat vasitəsi haqqında bütün zəruri məlumatlar hətta nəzarət məntəqəsinə çatmazdan əvvəl əldə ediləcək. Sərhəddə növbələri azaltmaq üçün elektron sistem tətbiq olunacaq. Həmçinin, yük maşınının çəkisini təyin etmək üçün bir sistemin tətbiq edilməsi planlaşdırılır. Riskləri avtomatik müəyyən edəcək və təmassız yoxlamalara imkan verəcək alətlər olacaq. Bütün bunlar yük axını üçün beynəlxalq səviyyəli xidmətlərin göstərilməsinə imkan verəcək”, - o bildirib.
Hakobyan vurğulayıb ki, bu sistemin tətbiqi TRİPP marşrutuna (Zəngəzur dəhlizi) da aiddir.
Bu o deməkdir ki, Zəngəzur dəhlizindən keçid maneəsiz şəkildə həyata keçiriləcək. Azərbaycandan gələn sərnişilər və yüklər dəhlizdən istifadə zamanı heç bir erməni hərbçisi, yaxud gömrükçüsü ilə qarşılaşmayacaq.
Asif
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu



































