Ekologiya
Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Publika.az-a bildirilib ki, Günəşin fəallığı zəifləyib və əsasən B sinif alışmalar qeydə alınıb. Alışmalara bağlı olaraq tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb.
Günəş küləyinin maksimal sürəti saniyədə 701 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 431 kilometrdir.
Tac dəliyi axınlarının təsiri ilə geomaqnit sahəsi sakit-aktiv səviyyələr arasında dəyişib.
Aprelin 13-dən 19-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.
Günəş küləyinin sürəti müsbət qütblü tac dəliyi axınlarının (TDA) təsirilə yenə də normadan yüksək olacaq. Geomaqnit sahəsinin sürəti müsbət qütblü TDA-nın təsirilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi














.jpg)





















