İdman
Mourinyo bu klubun rəhbərlərini biabır etdi
“Tottenhem”in sabiq baş məşqçisi Joze Mourinyo London klubunun rəhbərliyini tənqid edib.
Publika.az xəbər verir ki, Mourinyo bu barədə “Official Blessing”ə bildirib.
“Tottenhem”dən nə gözləyirsiniz? Onlar finala çıxan məşqçiləri, hətta Avropa kubokunu qazanan məşqçiləri də işdən çıxarırlar. Klubun heç vaxt əsl böyük klub mentaliteti olmayıb – onlar qaliblərin arxasında gizlənmiş bir qrup uğursuzlardır.
Məşqçiləri daim dəyişib birdən-birə sabitliyin yaranmasını gözləmək olmaz. Tarixin ən vacib matçından bir neçə gün əvvəl məşqçini işdən çıxarıb sonra onun xələflərinin uğursuzluqlarına təəccüblənmək? Bir məqamda artıq məşqçilər deyil, zəhərli mədəniyyət və şübhəli idarəetmə qərarları ilə bağlı məsələ yaranır. Xarakter olmadan istedad heç nə demək deyil. “Tottenhem”də isə heç biri yoxdur”, – Mourinyo deyib.
2021-ci ildə portuqaliyalı məşqçi London klubunun 0:1 jesabı ilə uduzduğu “Mançester Siti” ilə Liqa Kuboku finalından bir neçə gün əvvəl “Tottenhem”dən istefaya göndərilmişdi.
Klub hazırda Premyer Liqada aşağı liqaya düşmə zonasındadır.
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO























.jpg)










