Dünya
KİV-ə müraciət: Dini karikatura dərc etməyin!
Roskomnadzor “profilaktik işlər çərçivəsində” dini mövzularda karikatura dərc etməkdən çəkinmək çağırışı ilə Rusiya KİV-inə müraciət edib.
Publika.az xəbər verir ki, bununla bağlı idarə rəsmi internet səhifəsində müraciət yayıb.
“Rusiya KİV-ində bu kimi mövzuda karikaturaların dərc edilməsi müxtəlif millət və məzhəb nümayəndələrinin bir ərazidə yanaşı yaşadıqları əsrlər ərzində təşəkkül etmiş etik və mənəvi-əxlaqi qaydaları ilə ziddiyyət təşkil edir”, - idarənin müraciətində bildirilir.
Sənəddə deyilir ki, ekstremizm və terrorçuluğun istənilən şəkildə təzahür olması əleyhdarları ilə qəti həmrəyliyini izhar edərək, Roskomnadzor Rusiya Federasiyası KİV-indən Rusiya qanunvericilik normalarının pozulması kimi qiymətləndirilə bilən karikaturalar dərc etməkdən çəkinməyi xahiş edir.
Qeyd edək ki, yanvarın 7-də Parisdə islamçılar daha əvvəl müxtəlif din xadimləri, o cümlədən Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etmiş Charlie Hebdo satirik jurnalın redaksiyasına hücum ediblər.
Hücum nəticəsində jurnalın baş redaktoru daxil və Fransanın bir sıra aparıcı karikaturaçıları olmaqla 12 nəfər həlak olub. Bundan sonrakı iki gün ərzində də baş verən hücumlar nəticəsində daha 5 nəfər öldürülüb.
Ötən bazar günü Fransanın müxtəlif şəhərlərində hücum qurbanlarının xatirəsinə həsr olunmuş sülh marşında üç milyondan çox adam iştirak edib.
-
Magazin222:00
Selena Qomezin brilyant nişan üzüyünün qiyməti "ƏL YANDIRIR"
-
Magazin219:48
“Sabah ölmək istəyirəm”
-
Sosial19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU
-
Dünya17:42
Trampın oğlu Zelenskini yenə ƏLƏ SALDI - VİDEO
-
Sosial17:19
Əhaliyə xəbərdarlıq: dekabrın 13-də...
-
Sosial16:27
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ