Vuçiçdən qorxunc xəbərdarlıq: Avropa cəhənnəmə dönəcək, hamımız öləcəyik
Bizi izləyin

Dünya

Vuçiçdən qorxunc xəbərdarlıq: Avropa cəhənnəmə dönəcək, hamımız öləcəyik

Serbiya prezidenti Aleksandr Vuçiç Yaxın Şərqdə artan gərginliyin qlobal enerji bazarlarını sarsıda biləcəyi barədə xəbərdarlıqlar edib.

Publika.az xəbər verir ki, Vuçiç yerli mediaya İranın Hörmüz boğazını bağlamaq qərarını qiymətləndirib.

O, bunun Avropa iqtisadiyyatı üçün fəlakət olacağını bildirib: "Neft qiymətləri hamımızı öldürəcək. Hörmüz boğazının bağlanması səbəbindən Avropa cəhənnəmə düşəcək".

Vuçiç dünyanın neft daşınması üçün ən vacib tranzit nöqtəsi olan boğazda tıxanmanın təkcə enerji böhranına səbəb olmayacağını, həm də qlobal inflyasiyanı nəzarətsiz bir nöqtəyə çatdıracağını iddia edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm