Dünya
Məşhur model anasının dəfn mərasimində güllələndi
Braziliyanın Minas-Jerays ştatında yerləşən Baependi bələdiyyəsində əsl faciə yaşanıb.
Publika.az "Need To Know"a istinada xəbər verir ki, anasını son mənzilə yola salan 27 yaşlı Amanda de Almeyda Arantes azqla özü də naməlum killerlərin açdığı atəşlərin qurbanı olacaqdı.
Model və böyüklər üçün kontent yaradıcısı kimi tanınan gənc qadın, yas mərasimi zamanı birbaşa hücumun qurbanı olub.
Nəşrin məlumatına görə, Amanda digər yas iştirakçıları ilə birlikdə şəhərin mərkəzi küçəsi boyunca cənazə maşınının ardınca gedərkən, motosikletdə olan iki gənc qəfildən onların yolunu kəsib. Qara geyimdə və kaskada olan cinayətkarlar yavaşca qıza yaxınlaşıblar və bu zaman sərnişin oturacağındakı şəxs soyuqqanlılıqla tapançanı çıxararaq atəş açıb. Polisin məlumatına görə, hadisə yerindən doqquz boş giliz və bir ədəd istifadə olunmamış patron aşkar edilib.
Amanda qaçaraq canını qurtarmağa çalışsa da, yerə yıxılıb və müstəqil şəkildə ayağa qalxa bilməyib. Yaralar ağır olub: qurbanın bədəninə üç güllə dəyib – onlardan biri diafraqma nahiyəsinə dəyərək onurğa beynini zədələyib, digər ikisi isə ayaqlarına isabət edib. "The Sun" nəşrinin xəbərinə görə, qatillərin atdığı güllələrdən biri həmçinin Amandanın anasının cənazəsinin olduğu tabuta dəyib.
Çaxnaşma içində olan qohumlar və yoldan keçənlər hərəsi bir tərəfə qaçsa da, atışma kəsiləndən sonra bir neçə nəfər yaralıya kömək etmək üçün geri qayıdıb. Kişilər qızı qaldırmağa çalışsalar da, xəsarətlərin ağırlaşacağından ehtiyat edərək həkimlər gələnə qədər onu yerdə uzanıqlı saxlayıblar. Amanda təcili olaraq "Cônego Monte Raso" xəstəxanasına çatdırılıb, daha sonra isə Varjinya regional hospitalına köçürülüb. Həkimlər onurğa sütununun birbaşa yaxınlığından keçən güllənin ciddi nevroloji pozuntulara səbəb olduğunu təsdiqləyiblər. Hazırda pasiyent nitqində çətinlik çəkir və rabitəli şəkildə danışa bilmir.
Hüseyn İbadlı
-
ABŞ19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial17:29Xalq artisti vəfat etdi
-
Dünya17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı
































