Dünya
İsrail bu FOTONU paylaşıb elan etdi: Növbədə odur, tezliklə öldürəcəyik
Yüksək vəzifəli İsrail rəsmiləri İranın yeni seçilmiş lideri Müctəba Xameneini sui-qəsdlə hədələyiblər.
Publika.az İsrail mediasına istinadla xəbər verir ki, İsrail Parlamentinin sədri Əmir Ohana “X” hesabında son əməliyyatlarda öldürülən İran və HƏMAS liderlərinin fotolarını paylaşıb.
O, siyahıya Müctəba Xameneinin şəklini də əlavə edərək bu sözləri yazıb: "Onların yolunu tutanlar onların yolu ilə gedəcəklər".

İsrailin energetika naziri Eli Kohen isə açıqlamasında "Müctəba Xamenei yeriyən ölüdür", deyə qeyd edib. O, İranı bu sözlərlə hədələyib: "Gözləyib görəcəksiniz".
Xarici işlər naziri Gideon Saar da yeni seçilmiş İran liderini hədəfə alacaqlarını açıqlayıb.
Tehranda "sərt xətt tərəfdarlarının cilovu əlində saxladığını" iddia edən Saar, hücumları həyata keçirdikləri hazırkı İran rejimi ilə danışıqlar masasına oturmayacaqlarını qeyd edib.
Roza
-
Qoroskop00:45Günün qoroskopu: Həyat sizdən ciddi addımlar gözləyir...
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə13 Aprel 18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial13 Aprel 17:29Xalq artisti vəfat etdi
-
Dünya13 Aprel 17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial13 Aprel 16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial13 Aprel 15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO












.jpg)



















