Dünya
Kim Çen In esminesdən qanadlı raketin sınağını izlədi
Şimali Koreya (KXDR) Silahlı Qüvvələri dəniz bazalı qanadlı raketin sınaq buraxılışını həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, KXDR lideri Kim Çen In raketin buraxılışını videomüşahidə vasitəsilə izləyib. Jurnalistlərin verdiyi məlumata görə, Şimali Koreya ordusu bənzər sınağı ötən həftə də keçirib. Bu buraxılışlar martın 9-da ABŞ və Cənubi Koreya (Koreya Respublikası) hərbçilərinin hər il keçirilən birgə bahar təlimlərinin başlaması fonunda baş verib.
Bundan əvvəl Şimali Koreya liderinin bacısı Kim Yo Con ABŞ və Cənubi Koreyanın hərbi təlimlərini tənqid edib. O bildirib ki, bu manevrləri müdafiə xarakterli hesab etmək olmaz, çünki onlar KXDR üçün aşkar təhdid yaradır. Kim Yo Conun sözlərinə görə, "Freedom Shield" təlimlərinə təxminən 18 min Cənubi Koreya hərbçisi cəlb olunub və manevrlər "qurunu, dənizi, havanı, kosmosu və kiberməkanı" əhatə edib. Bununla yanaşı, o vurğulayıb ki, yeni texnologiyaların və nüvə komponentlərinin tətbiqi səbəbindən ABŞ və Cənubi Koreyanın təlimləri hər il daha da təhlükəli xarakter alır.
Xatırladaq ki, bir qədər əvvəl Cənubi Koreya Prezidenti KXDR ilə dialoqu bərpa etmək niyyətində olduğunu bəyan etmişdi.
Hüseyn İbadlı
-
ABŞ19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial17:29Xalq artisti vəfat etdi
-
Dünya17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı

































