Dünya
İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
Xəbər veridyimiz kimi, Türkiyənin və türk dünyasının ən parlaq zəkalarından biri, görkəmli tarixçi professor İlber Ortaylı martın 13-də 79 yaşında vəfat edib. Alimin vəfatından sonra onun dəfn yeri ilə bağlı keçmişdə verdiyi bir müsahibədəki vəsiyyəti yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, İlber Ortaylı sağlığında qatıldığı proqramların birində "Məzarınızla bağlı bir vəsiyyətiniz varmı?" sualına belə cavab vermişdi:
"Yəqin ki, Gəlibolu olar. Burada (İstanbulda) istəmirəm. İzdiham xoşlamıram."
Onun bu sözləri, dahi tarixçinin səs-küydən uzaq, tarixi bir məkanda əbədi istirahətə çəkilmək istədiyini göstərir.
Professor bir müddətdir Koç Universiteti Xəstəxanasında reanimasiya şöbəsində müalicə alırdı və süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
1947-ci ildə Avstriyada doğulan İlber Ortaylı, dünya tarix elminin ən mühüm simalarından biri idi.
Ankara, Vyana və Çikaqo universitetlərində təhsil alıb. Böyük tarixçi Xəlil İnalcıkın tələbəsi olub.
Topqapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb, dünyanın ən nüfuzlu universitetlərində (Oksford, Kembric, Prinston və s.) mühazirələr oxuyub.
O, fenomenal yaddaşı və dil biliyi ilə tanınırdı. Türk, Osmanlı, Krım-tatar, ərəb, fars, alman, fransız, italyan, latın, yunan, rus və bir neçə slavyan dili daxil olmaqla 15-dən çox dili mükəmməl bilirdi. (Milli.az)
-
ABŞ13 Aprel 19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya13 Aprel 18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə13 Aprel 18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial13 Aprel 17:29Xalq artisti vəfat etdi
-
Dünya13 Aprel 17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial13 Aprel 16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial13 Aprel 15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman13 Aprel 14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı












.jpg)





















