Dünya
Yeni dəfn texnologiyası: mərhumun bədəni suda həll ediləcək
Şotlandiyada “su kremasiyası” kimi tanınan yeni dəfn üsuluna rəsmi icazə verilib və ilk belə mərasimlərin bu ilin yayından etibarən keçirilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bu üsul ənənəvi odla kremasiya və torpağa dəfnlə müqayisədə daha ekoloji hesab olunur. Proses zamanı mərhumun cəsədi su və xüsusi kimyəvi maddələr olan qapalı qaba yerləşdirilir. Nəticədə yumşaq toxumalar parçalanır.
Proses başa çatdıqdan sonra ailəyə amin turşuları, duzlar və şəkərlərdən ibarət məhlul qalır. Sümük qalıqları isə xırdalanaraq kül formasında yaxınlarına təqdim edilir.
Bildirilir ki, bu təşəbbüs ictimai müzakirələr zamanı geniş dəstək qazanıb. Belə ki, məsləhətləşmələrdə iştirak edənlərin 84 faizi yeniliyi dəstəkləyib.
Şotlandiyanın səhiyyə naziri Cenni Mintonun sözlərinə görə, “su kremasiyası” prosesi digər mövcud dəfn üsulları ilə eyni hüquqi təminat və normativ tələblərə uyğun həyata keçiriləcək. (Musavat.com)
-
ABŞ10:04Tramp əlacsız durumdadır: Hörmüzə görə Çindən kömək istədi
-
Nida Xəbər 09:34Partlayış səsləri gələcək - MN
-
Avropa08:49Universitetdə epidemiya panikası: ölənlər var - 30 min nəfərə xəbərdarlıq edildi
-
Nəqliyyat08:24Bakının bu yollarınca tıxac var - Siyahı
-
Art07:55"Oskar" mükafatının qalibləri bəlli oldu
-
Sosial07:35Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - Mühüm məsləhət
-
Dünya07:15Mask və Zukerberqin gizli ortaq nöqtəsi: Ev alarkən niyə borclanırlar?
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?














.jpg)


















