Yaxın Şərq
“Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır
ABŞ və İsrailin İrana hücumları və Tehranın cavab tədbirləri davam etdikcə, İsrail Baş naziri Benyamin Netanyahunun uzun müddət ictimaiyyətdən uzaq qalması və sosial mediada süni intellekt tərəfindən hazırlanan videolarının yayılması onun öldüyü iddialarını daha da artırıb.
Publika.az xəbər verir ki, Baş nazir Netanyahunun bir müddət ictimaiyyət qarşısında görünməməsi və canlı yayımda açıqlama verməməsi, ardınca İran rəsmilərinin "bombardman zamanı öldürüldüyü" iddiaları İsrail lideri haqqında şayiələri alovlandırdı. 12 martda Netanyahunun yayımlanan videosunda görünən "altı barmaq" anomaliyası görüntülərin süni intellekt tərəfindən yaradıldığı iddialarını ortaya atdı.
Bəzi mənbələr isə görüntülərin real olduğunu və eyni görüş zamanı səslənən sirenlərin intensiv hücumlara işarə etdiyini, yaralanma və ya ölüm ehtimalını artırdığını iddia etdi. "Grok" kimi yoxlama agentlikləri onun əllərində beş barmağın olduğunu və bu illüziyanın kamera bucaqları və işıqlandırma ilə əlaqəli olduğunu bildirir.
Onun dağıntılar altında yaralandığını göstərən süni intellekt tərəfindən yaradılan saxta görüntülər də etibarlı mənbələr tərəfindən təkzib edildi.
Bundan sonra diqqət Netanyahunun oğlu Yairə yönəldi. O, t "X" platformasında çox aktivdir.
Amma Yair beş gündür heç bir məzmun paylaşmamışdı və bu da bəzi istifadəçilərin ailə faciəsi barədə fərziyyələr irəli sürməsinə səbəb olmuşdu. Lakin iddialar gücləndikcə rəsmi açıqlamalar ortaya çıxmağa başladı. Netanyahunun ofisi İran mediasının ona və ya ailəsinə qarşı hücumlar iddialarını saxta xəbər adlandırdı, rəsmilər isə baş nazirin İsraildə İrana qarşı hərbi və diplomatik səylərə fəal şəkildə rəhbərlik etdiyini vurğuladılar.
“Anadolu” Agentliyinin sualına cavab olaraq Baş nazirin ofisinin sözçüsü Ömər Dostri deyib: "Bunlar saxta xəbərlərdir, Baş nazir yaxşıdır".
Bu arada Netanyahu sosial mediada qəhvəxanadan qəhvə aldığını göstərən bir video paylaşaraq, "altı barmaqlı video" iddialarına əlindəki barmaqları göstərərək cavab verib. İsrail xalqına müraciət edən Netanyahu, qorunan ərazilərə yaxın qalmalarının lazım olduğunu söyləyib. Bununla belə, paylaşılan videonun süni intellektdən istifadə edilərək yaradıldığı iddiaları da ortaya çıxdı.
İran İnqilab Keşikçiləri Netanyahunu öldürməyə yönəlmiş hücumları qətiyyətlə davam etdirəcəklərini açıqladı.
“Tasnim” Xəbər Agentliyi tərəfindən dərc edilən İnqilab Keşikçilərinin açıqlamasında deyilir: "Əgər Netanyahu sağdırsa, onu təqib etmək və öldürmək üçün hücumlarımızı qətiyyətlə davam etdirəcəyik".
Tural
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons
-
İdman01:40Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq
-
Dünya3 İyun 23:15SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub
-
Kriminal3 İyun 23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin13 İyun 20:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...




































