İdman
Futbolda bu da oldu: Rəqibini intim nahiyədən çimdiklədi və qovuldu - VİDEO
“Xetafe” ilə “Atletiko” arasında keçirilən La Liqa matçında qalmaqallı və eyni zamanda olduqca kuryoz hadisə baş verib.
Publika.az xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi Abdel Abkar rəqib komandanın hücumçusu Aleksander Sörlotla yaşanan insidentdən sonra meydandan qovulub.
Hadisə görüşün 55-ci dəqiqəsində baş verib. Həmin anda top oyunda olmayıb və futbolçular bir-birinə yaxın vəziyyətdə olublar. Kameralar Abkarın rəqibinin intim nahiyəsinə toxunduğunu qeydə alıb.
Əvvəlcə baş hakim epizodu görməyib. Lakin VAR sisteminin xəbərdarlığından sonra o, epizodu təkrar izləyib və futbolçuya birbaşa qırmızı vərəqə göstərib.
Oyundan sonra matçın baş hakimi Arias rəsmi hesabatında vəziyyəti matçın protokolunda ətraflı izah edib. Onun qeydinə görə, qırmızı vərəqənin səbəbi futbolçunun top oyunda olmadığı anda rəqibini qəsdən cinsiyyət orqanından çimdikləməsi olub.
Abkar isə oyundan sonra rəqibinə həmin nahiyədən toxunmaq niyyətində olmadığını bildirib və insidentin təsadüfən baş verdiyini iddia edib.
Qırmızı vərəqədən sonra “Xetafe” azlıqda qalıb və “Atletiko” bundan yararlanıb. Nəticədə Madrid klubu minimal hesabla - 1:0 qalib gəlib.
Heybət
Enquanto isso na La Liga:
— MatheusFla (@_matheusfla) March 14, 2026
Jogador do Getafe, foi expulso porque pegou no pênis do Sørloth, do Atlético de Madrid.
pic.twitter.com/Vue19UzajL
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu





























.png)


.jpg)




