NATO Yaxın Şərq üçün fəaliyyət planı hazırlayır
Bizi izləyin

Dünya

NATO Yaxın Şərq üçün fəaliyyət planı hazırlayır

NATO ölkələri Hörmüz boğazının blokadadan çıxarılması üzrə fəaliyyət planı hazırlamağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Baş katibi Mark Ruttenin "Fox News" telekanalının efirində verdiyi bəyanatdda deyilir.

Onun sözlərinə görə, əksəriyyəti NATO üzvü olan 22 ölkədən ibarət qrup martın 19-dan etibarən Yaxın Şərqdə fəaliyyət planının hazırlanması ilə məşğuldur. Bu işdə həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, BƏƏ və Bəhreyn iştirak edir.

"Aydındır ki, İrandakı hərbi kampaniya hələ də davam edir, ona görə də biz hazırda bu ölkələrlə, eləcə də ABŞ ilə birlikdə buna nə vaxt və necə nail ola biləcəyimizi qiymətləndirmək üçün çalışırıq", — deyə Rutte bildirib.

O, ölkələrin Hörmüz boğazında real fəaliyyətə başlamağa hazır olacağı müddəti dəqiqləşdirməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm