Qarabağ
İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Fotolar
Xocalı sakini illər əvvəl onu ölümdən xilas edən qəhrəmanla yenidən bir araya gəlib.
Publika.az Teleqraf-a istinadən verir ki, Xocalı rayon sakini Nigar Cəfərova 1992-ci ilin fevralında, Xocalı soyqırımı zamanı onu xilas edən keçmiş döyüşçü Allahverdi Əzimovla görüşüb.
Görüş Ağdam rayonunun işğaldan azad edilmiş Saybalı kəndində təşkil olunan Novruz şənliyi çərçivəsində baş tutub. Nigar Cəfərova 34 il əvvəl baş vermiş faciəvi gecədə yaşamaq ümidini itirdiyi anda Allahverdi Əzimov tərəfindən xilas edildiyini bildirib. O, bu görüşün onun üçün böyük mənəvi əhəmiyyət kəsb etdiyini və xilaskarına olan minnətdarlığının ifadəsi olduğunu vurğulayıb.
Keçmiş döyüşçü Allahverdi Əzimov isə həmin ağır günləri xatırlamağın çətinliyindən bəhs edərək, mülki şəxslərin həyatını xilas etməyin onun üçün bir insanlıq borcu olduğunu qeyd edib. O, faciə zamanı atılan hər bir addımın məhz bu amala xidmət etdiyini diqqətə çatdırıb.
Görüş zamanı N.Cəfərova xilaskarını ailə üzvləri ilə tanış edib və bu tarixi anı xatirə fotoları ilə əbədiləşdiriblər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir.
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
-
Qoroskop00:00Günün UDUZ FALI - Qızıl açar hər qapını aça bilər
-
İdman1 Oktyabr 23:36Messi İspaniyanın bu klubunun sahibi oldu


































.jpg)

