Region
İstanbulda fəlakət: 1 nəfər öldü, 10 nəfər xilas edildi - Yeniləndi
İstanbulda iki binanın çökməsi nəticəsində bir nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə İstanbul vilatətinin valiliyi məlumat yayıb.
"Axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 11 vətəndaşımız çıxarılıb. Bir nəfər dünyasını dəyişib, daha on nəfər isə xəsarət alıb ki, onlardan birinin vəziyyəti ağırdır", — deyə məlumatda bildirilib.
Hüseyn İbadlı
xxx
15:55
İstanbulun Fatih rayonunda bitişik iki binanın çökməsi nəticəsində 9 nəfər dağıntılar altında qalıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra 7 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, dağıntılar altında qalanlardan daha bir nəfər xilas edilib. Hazırda digər bir nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
13:55
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bina uçub.
Publika.az xəbər verir ki, çökən binanın dağıntıları altından bir nəfər çıxarılıb, hazırda xilasetmə qruplarının işi davam edir.
Məlumata görə, tikili hələlik məlum olmayan səbəbdən çöküb. Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis briqadaları cəlb olunub.
Hazırda binada qalanların xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi










.jpg)











.jpg)













