Dünya
Heç bir ölkə bundan qurtula bilməyəcək - BEA rəhbəri
ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə səbəbindən qlobal iqtisadiyyat böyük təhlükə ilə üzləşib.
Publika.az xəbər verir ki, bunu Avstraliyanın paytaxtı Kanberrada keçirilən Milli Mətbuat Klubundakı çıxışında Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol deyib.
O, mövcud enerji böhranını 1970-ci illərin böhranları və Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsinin təsirləri ilə müqayisə edib:
"Yalnız neft və təbii qaz deyil, həm də qlobal iqtisadiyyatın bəzi həyati əhəmiyyətli arteriyalarının, məsələn, neft-kimya, gübrələr, kükürd və heliumun ticarəti pozulub və bu, qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq. Hazırkı vəziyyətdə bu böhran iki neft böhranı və təbii qaz böhranının birləşməsidir. Qlobal iqtisadiyyat bu gün çox ciddi təhlükə ilə üzləşir. Əgər böhran bu istiqamətdə davam edərsə, heç bir ölkə onun təsirlərindən sığortalanmayacaq. Buna görə də həll yolu tapmaq üçün qlobal səylər göstərilməlidir".
Birol qeyd edib ki, mövcud böhran davam edərsə, bu, inflyasiyaya, enerji xərclərinin artmasına, cari hesab kəsirlərinin genişlənməsinə və bir çox iqtisadiyyatda artımın yavaşlamasına səbəb olacaq.
Roza
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU


































