Avropa İttifaqı Macarıstanı məlumat sızdırmaqda ittiham edir
Bizi izləyin

Dünya

Avropa İttifaqı Macarıstanı məlumat sızdırmaqda ittiham edir

Avropa İttifaqı (Aİ) Macarıstanı danışıqların müzakirəsindən kənarlaşdırmaq qərarı verib.

Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, qərara səbəb kimi, Macarıstanın Rusiya Federasiyasına məlumat sızdırması ilə bağlı ehtimallar göstərilib.

“Macarıstanın məlumatı birbaşa Moskvaya ötürə biləcəyi ilə bağlı narahatlıqlar, bütün 27 Aİ üzvü ilə görüşlər keçirmək əvəzinə yalnız tərəfdaş ölkələrlə müzakirə formatlarının yaranmasına səbəb olub”, - nəşr qeyd edib.

Macarıstanın xarici işlər naziri Peter Siyyarto ölkəyə qarşı sözügedən ittihamları və məlumat sızması iddiaları təkzib edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm