Dünya
Məsciddə yarıçılpaq VİDEO çəkən yeniyetmə saxlanıldı
Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda məsciddə çəkilən görüntülər qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, 17 yaşlı Emircan Y.-nin məsciddə yarıçılpaq vəziyyətdə rəqs edərək video çəkdiyi və həmin görüntüləri sosial media hesabında paylaşdığı bildirilib.
Hadisə İnegöl rayonunun Huzur məhəlləsində yerləşən məsciddə baş verib. Sosial mediada yayılan görüntülər qısa müddətdə geniş reaksiyalara səbəb olub. Məlumatdan sonra İnegöl Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə bölməsi tərəfindən araşdırma başlanılıb və şübhəli saxlanılıb.
Polis bölməsində ifadə verən Emircan Y. etdiyi hərəkətə görə peşman olduğunu bildirib. O, ifadəsində “İlk dəfədir belə bir şey çəkirəm. Bu qədər reaksiya olacağını bilmirdim. Peşmanam” deyə bildirib.
Polisdə prosedurları başa çatdırılan 17 yaşlı gənc daha sonra məhkəməyə göndərilib. Faktla bağlı araşdırma davam edir.(Medianews.az)

-
Rəsmi xronika12:38Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? - Prezident
-
Hadisə12:35Orxan Aslanovun villasında yanğın oldu - VİDEO/YENİLƏNDİ
-
Rəsmi xronika12:09Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTO
-
Hadisə12:05Polkovnik-leytenant haqda yeni qərar
-
Rəsmi xronika11:10Prezident Şahbaz Şərifi təbrik etdi
-
Sosial09:12Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
-
Region07:30İranın televiziya mərkəzinə raket zərbəsi endirildi
-
Magazin106:16Brillinat Dadaşova oğlunun axtardığı xanım obrazından danışdı - Video













.jpg)













.jpg)






.jpg)

