Region
İranın mühüm fiqurlarından biri evində məhv edildi - Video
Tehranda SEPAH-ın aerokosmik parkı və onun muzeyi hava zərbələrinə məruz qalıb. Obyektlər “Iran Khodro” zavodunun yaxınlığında yerləşir.
Publika.az xəbər verir ki, məlumata görə, zərbələr “Aşura” Aerokosmik Elmlər və Texnologiyalar Universitetinə də endirilib.
Ən azı səkkiz partlayışın qeydə alındığı bildirilir. İsrail Hərbi Hava Qüvvələri Tehrana qarşı yeni hücum dalğasının başladığını açıqlayıb. Bildirilir ki, əsas hədəf hərbi infrastruktur obyektləridir.
Hadisələr fonunda İranın raket proqramında mühüm fiqurlardan biri sayılan Səid Şamqədri Tehranda yerləşən evində öldürülüb. O, Razəvi-Xorasan vilayətinin təhlükəsizlik üzrə müavini Əmirulla Şamqədrinin qardaşı idi.
Analitiklərin fikrincə, İranın ballistik raket proqramı ölkənin əsas strateji prioritetlərindən biri olduğuna görə, həyata keçirilən əməliyyatlar bu sahə ilə bağlı əsas infrastruktur və şəxsləri hədəf alır. (Globalinfo.az)
— Newsfeed (@Newsfeed883920) March 23, 2026
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq




































.jpg)
