Dünya
Gərgin dövrdə vacib açıqlama: Rusiya ilə İranın arasına heç kim girə bilməyəcək
Rusiya və İran arasındakı ticarət dövriyyəsi ən çətin dövrlərdə belə artmağa davam edir. Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov "Vesti" informasiya xidmətinə müsahibəsində bu əməkdaşlığın strateji əhəmiyyətindən danışıb.
Publika.az xəbər verir ki, nazir İran üçün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarətin mühüm stabilləşdirici faktor olduğunu vurğulayıb.
Reşetnikovun sözlərinə görə, ortaq sərhədlərin olması kənar qüvvələrin bu ticarətə müdaxilə imkanlarını sıfıra endirir:
"Biz İranla azad ticarət zonasındayıq və bütün çətinliklərə baxmayaraq, ticarət axını davam edir. Mövcud vəziyyətdə bu ittifaq İran üçün zəruri məhsulların tədarükü baxımından əsas təhlükəsizlik kəmərinə çevrilə bilər. Çünki ortaq sərhədimiz var və buna kənardan heç kim təsir edə bilməz. Geniş spektrli məhsullar təqdim edən böyük bir Avrasiya iqtisadiyyatından söhbət gedir".
Qeyd edək ki, iqtisadi yaxınlaşmanın nəticəsi olaraq 2022-ci ildən bəri Rusiyada İran kapitallı və ya İran iştirakı ilə qeydiyyatdan keçən şirkətlərin sayı 4,5 dəfə artıb. Bu, iki ölkə arasındakı iqtisadi inteqrasiyanın sürətlənməsinin göstəricisi kimi qiymətləndirilir.
Adəm
-
Hadisə22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin120:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial18:36Nazirin yeni rütbədə İLK FOTOSU
-
Sağlamlıq18:24Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
-
İdman17:30Messi formasını əfsanəyə hədiyyə etdi - FOTO
-
Magazin217:22Haluk Levent saxlanıldı


































