Nida Xəbər
Forum iştirakçıları Şuşada Qarabağ küçəsi ilə tanış oldular
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni inşa olunan Qarabağ küçəsi ilə tanış olublar.
Publika.az xəbər verir ki, qonaqlar Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər. Bu binalar arasında mehmanxana, apart hotel, ofis və ictimai iaşə obyektləri yer alır.
Qonaqlara bildirilib ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq simasına və ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilib. Layihənin həyata keçirilməsi tarixi şəhər və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın inkişafı istiqamətində görülən işlərin tərkib hissəsidir. Yeni tikililər şəhərin memarlıq ansamblını tamamlayır, eyni zamanda, burada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin miqyasını əyani şəkildə nümayiş etdirir.
Qeyd edək ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı gözlənilir.
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil23 Avqust 21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO























.jpg)











