Bu ölkə informasiya müharibəsi üçün hərbi hissələr yaratdı
Bizi izləyin

Dünya

Bu ölkə informasiya müharibəsi üçün hərbi hissələr yaratdı

Yaponiya Hərbi Dəniz Qüvvələrində və quru qoşunlarında informasiya müharibəsi üçün xüsusi bölmələr yaradılıb.

Publika.az "Kyodo" agentliyinə istinadla xəbər verir ki, hərbçilər informasiya təhlükəsizliyi problemləri, habelə yalan məlumatların yayılmasına qarşı mübarizə ilə məşğul olacaqlar.

Qeyd olunub ki, donanmadakı informasiya bölməsinin şəxsi heyətinin sayı təxminən 3,2 min nəfər təşkil edəcək. Eyni zamanda, yaxın vaxtlarda fəaliyyətə başlaması planlaşdırılan Yaponiya Milli Kəşfiyyat İdarəsində sosial şəbəkələrdə dezinformasiya ilə mübarizə üzrə xüsusi şöbə təşkil ediləcək.

Jurnalistlər yazıb ki, xüsusi şöbənin əsas vəzifəsi xarici qüvvələrin ölkədəki ictimai rəyə təsir göstərmək və seçkilərin nəticələrinə müdaxilə etmək cəhdlərinin qarşısını almaqdır. Kəşfiyyatın yeni bölməsi internet provayderlərindən həm ayrı-ayrı ismarışların silinməsini, həm də dezinformasiya üçün istifadə oluna biləcək hesabların bloklanmasını tələb edə biləcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm