ABŞ
Tramp İranla bağlı planlarını ONLARA AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, İranla "sonsuz müharibədən" qaçmaq və münaqişədən danışıqlar yolu ilə çıxmaq istəyir.
Publika.az xəbər verir ki, "Reuters" bu barədə Ağ Evdəki yüksək rütbəli məmura istinadən məlumat yayıb.
Amerika lideri öz komandasının üzvlərini hərbi əməliyyatların müddəti üçün açıq şəkildə qeyd etdiyi dörd-altı həftəlik vaxt çərçivəsinə sadiq qalmağa çağırıb. Ağ Evdəki mənbənin fikrincə, bu müddət "qeyri-real" görünür. Danışıqlar uğursuz olacağı təqdirdə Tramp İranı hərbi eskalasiya ilə hədələyir.
ABŞ milli kəşfiyyatının Yaxın Şərq üzrə keçmiş rəis müavini Conatan Panikoff hesab edir ki, Amerika liderinin müharibəni bitirmək üçün demək olar ki, variantı yoxdur. Ekspert izah edib ki, "problemin bir hissəsi qənaətbəxş nəticənin nədən ibarət olması ilə bağlı aydınlığın olmamasıdır".
İki gün əvvəl İran ABŞ-ın münaqişənin həlli ilə bağlı vasitəçilər tərəfindən təqdim edilən 15 bəndlik planına rəsmi cavabını çatdırıb və Vaşinqtonun reaksiyasını gözləyir. "Tasnim" agentliyinin mənbəsi bildirir ki, Tehran hərbi əməliyyatların dayandırılmasını, təhlükəsizlik zəmanətlərini, təzminat ödənilməsini və Hörmüz boğazı üzərində öz suverenliyinin tanınmasını tələb edir, həmçinin ABŞ-ın danışıqlardakı səmimiyyətini şübhə altına alır.
Hüseyn İbadlı
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir














.jpg)











.jpg)






