Yaxın Şərq
Xamenei niyə yoxa çıxıb? - İran səbəbi açıqladı
"İranın Ali Lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır. Lakin o, öz vəzifələrini yerinə yetirməyə davam edir".
Publika.az CNN-ə istinadən xəbər verir ki, bunu Tehranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
Qeyd edək ki, son zamanlar ABŞ-dakı brifinqləri zamanı, eləcə də bəzi Qərb mediasında dərc edilən məqalələrdə İran liderinin sirli şəkildə yoxa çıxması onun ölümü və ya yaralanması ilə əlaqələndirilirdi.
Martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin dinləmələrində ifadə verərkən bildirmişdi ki, Müctəba Xamenei İsrailin hava hücumunda ağır yaralanıb.
Mediada həmçinin İranın Ali Liderinin yaralandıqdan sonra müalicə üçün Rusiyaya aparılması barədə də şayiələr yayılmışdı. İranın Rusiyadakı səfiri Kazem Cəlali isə bu məlumatı təkzib etdi.
Tural
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız




































