Region
İrəvandan Moskvanın hədəsinə cavab: Edə bilərik, amma istəmirik
Ermənistan nəzəri olaraq Rusiya ilə dəmir yolu müqaviləsini birtərəfli şəkildə ləğv edə bilər, lakin belə bir ssenarini nəzərdən keçirmir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada danışıqların gedişatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan dəmir yolu məsələsi Rusiya tərəfi ilə ətraflı müzakirə edilib və tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
“Problemimizi bir cümlə ilə ümumiləşdirmək olar: hazırkı şəraitdə Ermənistan rəqabət üstünlüklərini itirir. Rusiyaya qarşı heç bir etirazımız yoxdur və münasibətlərimizə yüksək qiymət veririk. Lakin mövcud vəziyyət seçimlərimizi məhdudlaşdırır və birlikdə həll yolu tapmalıyıq”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir müqavilənin birtərəfli şəkildə ləğv edilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Ermənistanın belə bir mexanizmi var, lakin ölkə bundan istifadə etməyi planlaşdırmır.
Daha əvvəl, Moskvada Ermənistan nümayəndə heyəti ilə görüşdən sonra Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqaz Dəmir Yolu (CQD) konsessiyasının üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb olmadığını bildirmişdi.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
