Yəmən prezidenti üsyançıların tələblərini qəbul etdi
Bizi izləyin

Dünya

Yəmən prezidenti üsyançıların tələblərini qəbul etdi

Yəmən prezidenti Abdurabbu Mansur Hadi ölkədəki vəziyyətin sabitləşməsi üçün üsyançı Husi şiə qruplaşmasının lideri Abd əl-malik əl Hutiv tərəfindən irəli sürülmüş dörd tələbi qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “Sputnik” agentliyi bildirib.

Şiə qruplaşmasının tələbləri konstitusiyadakı “səhvlər”in düzəldilməsi ilə bağlıdır. O, Milli Dialoq üzrə Konqresin qərarlarının həyata keçirilməsini sürətləndirməyi və təhlükəsizliklə bağlı problemləri dərhal həll etməyi tələb edib.

Qeyd edək ki, Yəmən Milli Dialoq üzrə Konqresin baş katibliyi bu həftədə yeni konstitusiya layihəsinin əsas müddəalarını dərc edib. Dəyişikliklərdə Yəmənin dördü şimal və ikisi cənub olmaqla altı regiondan ibarət federativ dövlətə çevrilməsini nəzərdə tutur. Dövlətin paytaxtı Sana xüsusi statusa malik olacaq və regionlardan heç birinin tərkibinə daxil olmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm