Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Bizi izləyin

Dünya

Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər

Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər

Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəb hücumları ilə əlaqədar araşdırmalar davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmalar çərçivəsində 83 nəfər saxlanılıb, 940 sosial media hesabına giriş bloklanıb və 93 “Telegram” qrupu bağlanıb.

Qeyd edək ki, aprelin 14-də Şanlıurfa, aprelin 15-də isə Kahramanmaraşda yerləşən məktəbdə atışma baş verib. Kahramanmaraşda 8-ci sinif şagirdi 9 nəfəri öldürüb, daha sonra isə intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm