Dünya
Trampın xanımının geyimi bu türk dizaynerə məxsusdur - FOTO
ABŞ-ın birinci xanımı Melaniya Tramp bir neçə gün əvvəl Ağ Evdə Niderland kralı Villem-Aleksandr və həyat yoldaşı kraliça Maksimanı qarşılayarkən geyindiyi libasla diqqət çəkib. Onun geyim seçiminin türkiyəli dizaynerin kolleksiyasından olduğu məlum olub.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, birinci xanım Londonda yaşayan türkiyəli dizayner Erdem Moralıoğlunun 2025-ci il kolleksiyasından olan don geyinib.
Mütəxəssislərin fikrincə, qara çiçəkli tikmələrlə bəzədilmiş ağ don Erdemin minimalist üslubunu və Melaniyanın birinci xanım kimi ikinci müddətində modaya daha şüurlu yanaşmasını əks etdirir.
Dizayner Erdem Moralıoğlu isə bəzi çıxışlarında bildirib ki, uşaqlıq illərində yay tətili üçün Türkiyəyə səfərləri zamanı türk mədəniyyətindən təsirlənib.
Müəllif: Roza
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı



































