Dünya
Yunanıstan Baş Qərargahı rus hakerlərin hədəfində: Gizli kodlar ələ keçirildi
Yunanıstan Baş Qərargahının (GEETHA) elektron poçt sistemi Rusiya ilə əlaqəli hakerlərin hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, kiberhücum nəticəsində qərargahın 28 hərbi elektron poçt hesabı ələ keçirilib. Hakerlər iki faktorlu identifikasiya (2FA) sistemində istifadə olunan “TOTP gizli kodlarını” da əldə edə biliblər ki, bununla da istifadəçilər parollarını dəyişsələr belə, hesablara giriş imkanları qorunub saxlanıla bilər.
Sızdırılan məlumatlar arasında Xarici İşlər və Rəqəmsal İdarəetmə nazirliklərinə aid ünvanlar, sahil mühafizəsi və polis qurumlarının elektron poçtları, eyni zamanda, 400-dən çox telekommunikasiya şirkəti və fərdi istifadəçiyə məxsus əlaqələr yer alıb.
Qeyd olunub ki, sızma məlumatların internetdə açıq şəkildə paylaşılması nəticəsində aşkarlanıb. Hücumun Rusiyaya aid olduğu iddia edilən Ukrayna və Avropa ölkələrini hədəf alan, “Fancy Bear” haker təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Yunanıstan hərbi mənbələri isə qeyd edib ki, sızdırılan elektron poçtlar məxfi xarakter daşımır və bu kimi hallar kibermüdafiə bölmələri tərəfindən nəzarətdə saxlanılır.
Müəllif: Roza
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı



































