Avropada miqrant şoku: Orban və Fitso gizli sövdələşməyə giribmiş
Bizi izləyin

Dünya

Avropada miqrant şoku: Orban və Fitso gizli sövdələşməyə giribmiş

Avropada miqrant şoku: Orban və Fitso gizli sövdələşməyə giribmiş

Slovakiyada müxalifət sensasion iddialardan sonra hökumətdən təcili izahat tələb edir. Səbəb isə Macarıstanda seçkidə qalib gələn siyasətçi Peter Maqyarın açıqlaması olub.

Publika.az xəbər verir ki, o, çıxışı zamanı bildirib ki, əvvəlki hakimiyyət dövründə Viktor Orbanın qərarı ilə miqrantlar Slovakiya sərhədinə yönləndirilirdi. Onun sözlərinə görə, bu addım Slovakiyanın Baş naziri Robert Fitsonun seçkilərdə mövqeyini gücləndirmək məqsədi daşıyıb.

Bu açıqlama ölkədə siyasi qalmaqala səbəb olub. “Proqressiv Slovakiya” partiyasından deputat Yaroslav Spişak bildirib ki, Maqyarın sözləri miqrasiya böhranının arxasında duran məqamları üzə çıxarır. O qeyd edib ki, Fitsonun hakimiyyətə gəlişindən sonra qeyri-qanuni miqrasiyanın qəfil azalması şübhə doğurur.

“Demokratlar” partiyasının lideri Jaroslav Nad isə daha sərt mövqe sərgiləyib. O bildirib ki, əgər Fitso ilə Orban arasında miqrasiya axınının “idarə olunması” ilə bağlı gizli razılaşma olubsa, bu, misli görünməmiş haldır və prokurorluq səviyyəsində araşdırılmalıdır. Eyni çağırışlar İqor Matoviçin rəhbərlik etdiyi müxalif partiyasında da səslənib.

Slovakiyanın Daxili İşlər Nazirliyi isə ittihamları rədd edib. Qurumdan bildirilib ki, müxalifət bu mövzudan öz uğursuzluqlarını ört-basdır etmək üçün istifadə edir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm