Yaxın Şərq
Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
Çin və İran Xarici İşlər nazirləri arasında baş tutan telefon danışığı Yaxın Şərqdəki gərgin vəziyyəti yenidən gündəmə gətirib.
Publika.az IRNA-ya istinadən xəbər verir ki, Çinin Xarici İşlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçı ilə söhbətində Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə edib.
Pekin rəsmisi İranın sahil dövləti kimi suveren hüquqlarına, təhlükəsizliyinə və haqlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulasa da, Tehrana ciddi çağırış edib.
Nazir bildirib ki, Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçiliyin təhlükəsizliyi mütləq şəkildə təmin olunmalıdır: “Beynəlxalq gəmiçiliyin azadlığı və təhlükəsizliyi zəmanət altına alınmalıdır. Bu boğaz vasitəsilə normal tranzitin bərpası beynəlxalq birliyin ümumi istəyidir”.
Xatırladaq ki, bir müddət əvvəl "Reuters" agentliyi İranın ABŞ ilə münaqişənin qarşısını alacaq saziş əldə olunacağı təqdirdə, gəmilərin Hörmüz boğazının Oman hissəsindən sərbəst keçidinə icazə verə biləcəyi barədə məlumat yaymışdı.
Müəllif: Adəm
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)






















.jpg)

.jpg)