İdman
Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
"Atletiko"nun və Argentina millisinin ulduzu Yulian Alvaresin cəmi 26 yaşı var, amma o, artıq demək olar ki, bütün mümkün titulları qazanıb.
Publika.az xəbər verir ki, o, dünya çempionu, ikiqat Cənubi Amerika çempionu, Çempionlar Liqasının qalibi, ikiqat İngiltərə çempionu, İngiltərə kubokunun sahibi, Argentina çempionu, Argentina kubokunun qalibi, həmçinin klublararası dünya çempionu, Finalissima qalibidir.
O, bu uğurların böyük hissəsini sevdiyi qızın dəstəyi ilə əldə edib. Tanış olun, Mariya Emiliya!

Mariya Emiliya Ferrero 13 iyun 2000-ci ildə anadan olub. Yayda onun 26 yaşı tamam olacaq və o, Yuliandan yarım il kiçikdir. Cütlük Argentinanın Kordova şəhərində tanış olub. Bu şəhər hər ikisi üçün doğmadır.
Mariya Emiliya da peşəkar idmanla məşğul olub. O, Kordovada yerli otüstü hokkey klubunda çıxış edib. Bu idman növü Argentinada kifayət qədər populyardır. Karyerasını erkən başa vuran Ferrero müəllimlik ixtisası üzrə təhsil alıb. Alvares “Mançester Siti”də çıxış etdiyi dövrdə o, yerli məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışıb.

Yulian və Mariya Emiliya 2022-ci ildən birlikdədir. Onların ilk birgə fotoları sosial şəbəkələrdə Argentinanın dünya çempionu olduğu turnirdən cəmi bir neçə ay əvvəl paylaşılıb.
Təbii ki, Mariya Emiliya da Qətərə yollanmış və "Lusail" stadionunda Fransaya qarşı dramatik final qələbəsini meydanda qeyd etmişdi.
Ümumiyyətlə, onun Alvares və müxtəlif futbol kubokları ilə çoxlu şəkilləri var. Bu kolleksiya tezliklə daha da arta bilər. 18 apreldə “Atletiko” və “Real Sosyedad” İspaniya kubokunun taleyini müəyyən edəcək oyunda üz-üzə gələcək.

2026-cı il isə cütlük üçün əlamətdar hadisə ilə başlayıb. Mariya Emiliya və Yulianın ilk övladı dünyaya gəlib. Onlar oğullarına Amadeo adını veriblər.
Amadeo artıq futbolun və dolu stadionların nə olduğunu bilir. Aprelin 1-də Argentina millisi yoldaşlıq oyununda Zambiyanı 5:0 hesabı ilə məğlub edərkən, Alvares meydana oğlunu qucağında çıxmışdı. Təbii ki, Yulian həmin oyunda qol da vurmuşdu.
İndi isə Amadeonun və Mariya Emiliyanın 2026-cı il dünya çempionatında da diqqət mərkəzində olacağı gözlənilir.












-
Avropa22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi































