Dünya
Separatçılar 3 isqtiqamətdə hücuma hazırlaşır
Donetsk şəhərindəki üsyançıların lideri Aleksandr Zaxarçenko Ukrayna höküməti ilə yeni sülh danışıqlarına getməyəcəyini bildirib.
Publika.az-ın məlumatına görə, separatçı lider şərqdə daha çox ərazinin nəzarətini ələ keçirməyi vəd edib.
“Artıq heç bir danışıq və rotasiyalar olmayacaq. Bizim tərəfdən daha atəşkəs barədə danışıqlar aparılmayacaq”, - Zaxarçenko bildirib.
Zaxarçenko hücumları “Donetsk vilayətinin sərhədlərinə" çatana kimi davam etdirəcəyini deyib.
"Kiyev bizim 3 istiqamətdə hücum edə biləcəyimizi başa düşmür", - separatçıların lideri əlavə edib.
Ukrayna hökumətilə separatçılar arasında atəşkəs barədə razılaşma sentyabrın 5-də əldə olunub. Hərçənd ki, Minskdə imzalanan razılaşmaya rəğmən tərəflər arasında silahlı toqquşma hallarının arası kəsilməyib.
Minsk razılaşması Donbas regionuna xüsusi statusun verilməsi və Ukrayna şərqində silahlardan azad - 30 kilometrlik zonanın yaradılmasını nəzərdə tutub.
Kiyev üsyançılar tərəfində 9,000 rusiyalı əsgərin vuruşduğunu bəyan edir. Rəsmi Moskva bu iddiaları təkzib edərək Ukraynada yalnız könüllülərin döyüşdüyünü bildirir.
-
Sosial17:38
Prezidentin yüksək vəzifə verdiyi Məmmədyarov kimdir? - DOSYE
-
Rəsmi xronika17:07
İlham Əliyev daha bir sərəncam imzaladı
-
MDB16:22
Bu türk dövlətində 4 terror aktının qarşısı alındı
-
Sosial16:03
Ziya Hacılıya yüksək vəzifə verildi
-
Magazin115:16
Bu məşhurlar Elgizin qohumu imiş - VİDEO
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək