ABŞ prezidenti Hindistana səfər edib
Bizi izləyin

Dünya

ABŞ prezidenti Hindistana səfər edib

ABŞ prezidenti Barak Obama baş nazir Narendra Modi ilə iqlim dəyişikliyi və iqtisadi əlaqələr barədə danışıqlar aparmaq üçün Hindistana səfər edib.

Prezidentin Hindistana səfərinə ikitərəfli zirvə görüşü, ABŞ və Hindistan biznes liderləri arasında iqtisadi danışıqlar daxildir.

Eyni zamanda səfər çərçivəsində Obama Hindistanın Respublika Gününə qatılacaq. Obama Hindistanın Respublika Gününə qatılacan ilk ABŞ prezidenti olacaq. Hər il yanvarın 26-da Hindistan 1950-ci ildə ölkə Konstitusiyasının qüvvəyə minməsi günü Respublika Günü kimi qeyd edir.

Bu səfər keçən il cənab Modinin Vaşinqtona səfəri zamanı razılaşdırılmışdı. Hindistan lideri prezident və birinci xanımı mərasimə qonaq kimi dəvət etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm