Dünya
ABŞ-da İsraillə bağlı qalmaqal: Rubiodan görün nə tələb olunur
ABŞ-da demokrat konqresmenlər dövlət katibi Marko Rubioya müraciət edərək İsrailin nüvə silahına malik olduğunu rəsmi şəkildə açıqlamağa çağırıblar.
Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, 30 demokratın imzaladığı məktubda Vaşinqtonun bu məsələ ilə bağlı onilliklərdir davam edən qeyri-müəyyənliyə son qoymasının vacibliyi vurğulanır. Qanunvericilər bildirir ki, Donald Tramp administrasiyası Benyamin Netanyahu ilə birlikdə İrana qarşı hərbi kampaniya apararkən, İsrailin nüvə imkanlarını gizli saxlamaq qəbuledilməzdir.
Məktubda deyilir ki, Konqres Yaxın Şərqdə nüvə balansı və mümkün eskalasiya riskləri barədə tam məlumatlı olmalıdır, lakin bu məlumatlar indiyədək təqdim edilməyib.
Qeyd edək ki, İsrail heç vaxt nüvə silahına malik olduğunu rəsmi şəkildə təsdiqləməyib. ABŞ administrasiyaları da illərdir bu mövzudan açıq şəkildə yayınır. Bununla belə, müxtəlif ABŞ rəsmilərinin çıxışları və dolayı açıqlamalar İsrailin nüvə potensialına malik olduğuna işarə edir.
Demokratlar hesab edir ki, bu qeyri-müəyyənlik Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almaq səylərinə zərbə vurur. Onlar vurğulayırlar ki, əgər Səudiyyə Ərəbistanı və digər ölkələr də nüvə silahı əldə etməyə çalışarsa, regionda gərginlik daha da artacaq.
Konqresmenlər Rubiodan İsrailə münasibətdə də digər nüvə dövlətlərinə tətbiq olunan şəffaflıq standartlarının tətbiqini tələb ediblər.
Müəllif: Adəm
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO






















.jpg)










