Cənubi Qafqaz
Paşinyan təsdiqlədi: Bu ərazilər Azərbaycana qaytarılacaq
Ermənistanın baş naziri Nikol Paşinyan yeni əraziləri Azərbaycana təhvil verəcəyini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Voskan Sarkisyan çıxış edib.
Sarkisyan iddia edir ki, söhbət Bərxudarlı, Xeyrimli və digər ərazilərdən gedir.
“İki il əvvəl Kirantsın bir sıra əraziləri verildi. Ondan öncə Qara göl istiqamətindəki ərazilər, eləcə də Vardenis (Basarkeçər) və Cermuk (İstisu) istiqamətindəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Seçkilərdən sonra Azərbaycana yeni ərazilər qaytarılacaq”, - deyə o bildirib.
Qeyd edək ki, erməni ekspertin “Azərbaycana verildiyi” dediyi ərazilər əslində işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli sürdüyü sərhədin bərpa edilməsi, eləcə də delimitasiya prosesinin nəticəsidir. Bərxudarlı, Xeyrimli (Yuxarı Əskiparanın ərazisi) kəndləri də anklavların qaytarılması prosesinin tərkib hissəsidir. Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası ilə bağlı razılaşmasında anklav ərazilərin həlli məsələsi də nəzərdə tutulur.
Asif
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)





.jpg)













