Bəqayi: İran-ABŞ danışıqlarında əsas vasitəçi hələ də Pakistandır
Bizi izləyin

Dünya

Bəqayi: İran-ABŞ danışıqlarında əsas vasitəçi hələ də Pakistandır

Bəqayi: İran-ABŞ danışıqlarında əsas vasitəçi hələ də Pakistandır

Tehranla Vaşinqton arasında kommunikasiya prosesində əsas rəsmi vasitəçi hələ də Pakistandır.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.

“Bir çox ölkə, xüsusən də regional dövlətlər gərginliyin artmasından narahat olduqları üçün bizimlə əlaqə saxlayır. Qarşı tərəfi gərginliyi artırmamağa inandırmaq üçün səmimi şəkildə çalışanları yüksək dəyərləndiririk”, - deyə o bildirib.

Bəqayinin sözlərinə görə, Pakistan İran və ABŞ arasında rəsmi vasitəçi kimi fəaliyyətini davam etdirir.

O qeyd edib ki, Qətər də daxil olmaqla digər ölkələr hər iki tərəflə əlaqə saxlayaraq diplomatik fikir mübadiləsi aparır.

Müəllif:Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm