Yaxın Şərq
İraqda daha bir gizli İsrail hərbi bazası aşkarlandı - ŞOK DETALLAR
İraq bir ildən çoxdur ki, İsrailin iki məxfi hərbi bazasının yaradılması üçün öz ərazisini gizlicə istifadəyə verib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti İraq və region rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail hərbçiləri bazalardan birinin yaradılması üçün hazırlıqlara 2024-cü ilin sonlarında başlayıblar. Qəzet qeyd edib ki, ABŞ İraqdan öz ərazisində üçüncü bir dövlətin qoşunlarının yerləşdiyini gizlətmiş ola bilər. Məqalədə vurğulanıb ki, bu cür məlumatların üstünün açılması Birləşmiş Ştatların Yaxın Şərqin bu ölkəsindəki nüfuzunu təhlükə altına qoya bilər.
NYT həmçinin yazıb ki, İraq qoşunları sözügedən bazanı məsafədən müşahidə ediblər. Onlar sonradan Amerika tərəfindən bu obyekt barədə əlavə məlumat tələb etsələr də, cavab ala bilməyiblər. İraq ordusunun digər bir bölməsi bazaya yaxınlaşmağa cəhd göstərib, lakin atəşə tutulduğu üçün geri çəkilmək məcburiyyətində qalıb. Daha sonra adı açıqlanmayan bir rəsmi ikinci bazanın da mövcudluğunu təsdiqləyib. Bu obyekt İraqın qərbindəki səhrada yerləşir, lakin dəqiq yeri məlum deyil.
Mayın 10-da "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, İsrail İrana qarşı hava kampaniyasını dəstəkləmək üçün İraq səhrasında gizli baza yaradıb və müharibənin əvvəlində bu obyekti aşkar etmək üzrə olan İraq qoşunlarına aviazərbələr endirib.
Hüseyn İbadlı
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO



































